Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Göytəpə şəhəri ərazsində qeydə alınıb.

Belə ki, Göytəpə şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasova Əfsanə Əliyar qızı mübahisə zəminində qonşusu tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az