Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Metbuat.az-ın məlumatına görə, püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək.

Qrup qalibləri:

"Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya)

Qrup ikinciləri:

"Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında baş tutacaq.

Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR