Avropa Liqasında 1/16 finalın püşkü atılır

Avropa Liqasında 1/16 finalın püşkü atılır
11:27 17 Dekabr 2018
31 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Bakı vaxtı ilə saat 16:00-də start götürəcək tədbirdə 32 komanda 16 cütlük təşkil edəcək. Qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyacaq.

1/16 final mərhələsinin oyunları 2019-cu ildə keçiriləcək. İlk matçlar fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də baş tutacaq.

Avropa Liqası

1/16 final

Səpələnmişlər

"Arsenal" (İngiltərə)
"Benfika" (Portuqaliya)
"Betis" (İspaniya)
"Çelsi" (İngiltərə)
"Dinamo" (Xorvatiya)
"Dinamo" (Ukrayna)
"Ayntraxt" (Almaniya)
"Genk" (Belçika)
"İnter" (İtaliya)
"Bayer" (Almaniya)
"Napoli" (İtaliya)
"Zalsburq" (Avstriya)
"Sevilya" (İspaniya)
"Valensiya" (İspaniya)
"Vilyarreal" (İspaniya)
"Zenit" (Rusiya)

Səpələnməmişlər

BATE (Belarus)
"Seltik" (Şotlandiya)
"Brügge" (Belçika)
"Fənərbaxça" (Türkiyə)
"Qalatasaray" (Türkiyə)
"Krasnodar" (Rusiya)
"Latsio" (İtaliya)
"Malmö" (İsveç)
"Olimpiakos" (Yunanıstan)
"Rapid" (Avstriya)
"Renn" (Fransa)
"Slaviya" (Çexiya)
"Sportinq" (Portuqaliya)
"Şaktyor" (Ukrayna)
"Viktoriya" (Çexiya)
"Sürix" (İsveçrə)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR