"Beşiktaş" "Trabzonspor"un futbolçusu Burak Yılmazı transfer etmək istədikləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yaydığı bəyanatda bu xəbərləri təkzib edib. Türk hücumçu ilə heç bir danışıqlar aparılmadığı bildirilib.
Qeyd edək ki, B.Yılmazın "Beşiktaş"la razılığa gəldiyi iddia olunurdu.
Milli.Az