"Başakşəhər" Türkiyə Superliqasında növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkə çempionatının lideri 17-ci turda səfərdə "Alanyaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Alanyaspor" - "Başakşəhər" - 1:1
Qollar: Edin Viska, 41 (0:1), Fernandes, 63 (1:1)

Turnir cədvəlinə 35 xalla "Başakşəhər" başçılıq edir. "Yeni Malatayspor" 28 xalla ikincidir."Beşiktaş","Trabzonspor", "Qalatasaray", "Kasımpaşa", "Antalyaspor" 26 xalla (16 oyundan) 2-7-ci pillələri bölüşdürür.

Milli.Az