Türkiyə Superliqasında 17-ci turun görüşləri davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçirilib. Doğma meydanda "Rizəspor"la qarşılaşan "Trabzonspor" rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Qaradəniz təmsilçisi 29 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
"Ərzurumspor" - "Kayserispor" və "Bursaspor" - "Yeni Malatyaspor" matçlarında qalib müəyyənləşməyib - 1:1.
"Qalatasaray" da mövsümün ilk dövrəsini qələbə ilə başa vurub. İstanbul klubu doğma azarkeşləri önündə "Sivasspor"a 4:2 hesabı ilə qalib gəlib.
Tura sabah keçiriləcək "Antalyaspor" - "Fənərbaxça" və "Akhisar" - "Konyaspor" oyunları ilə yekun vurulacaq. Bununla da Superliqada fasilə yaranacaq. İkinci dövrəyə isə gələn il yanvar ayının 27-də start veriləcək.
Qeyd edək ki, hazırda "Başakşəhər" 35 xalla vahid liderdir. 29 xala malik 4 komanda - "Trabzonspor", "Yeni Malatyaspor", "Kasımpaşa" və "Qalatasaray" müvafiq olaraq, 2, 3, 4 və 5-cı pillələri bölüşürlər.
Türkiyə Superliqası, 17-ci tur
23 dekabr
"Ərzurumspor" - "Kayserispor" - 1:1
Qollar: K. Sapunaru, 32 (0:1), T. Antalyalı, 45 (1:1)
"Bursaspor" - "Yeni Malatyaspor" - 1:1
Qollar: U. Nayir, 45 (1:0), Gilyerme, 46 (1:1)
"Trabzonspor" - "Rizəspor" - 4:1
Qollar: A. Ömür, 24 (1:0), 68 (2:0), H. Rodayeqa, 79 (3:0), A. Umar, 84 (3:1), A. Nvakaeme, 90 (4:1)
"Qalatasaray" - "Sivasspor" - 4:2
Qollar: Robinyo, 9 (0:1), E. Derdiyok, 20-pen (1:1), S. Fequli, 30 (2:1), Robinyo, 41 (2:2), H. Onyekuru, 51 (3:2), 69 (4:2)
24 dekabr
Antalyaspor" - "Fənərbaxça"
"Akhisar" - "Konyaspor"
Milli.Az