İrandan Azərbaycana külli miqdarda nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Hadisə İran-Azərbaycan dövlət sərhədinin Yardımlı rayonu Deman kəndi ərazisindən keçən hissəsində baş verib. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçıblar. Xidməti sahədən qaçaq­mal­çılara məxsus 6 kq 580 qram marixuana və 70 qram heroin götürülüb. DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycandan İran istiqamərində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılıb. window._ttzi = 34;var script = document.createElement("script");script.src = "https://adributor.tv/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);}; (adsgarden = window.adsgarden || []).push({}); Dekabrın 21-də DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sər­həd dəstəsinin Füzuli rayonu Babı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən tədbirlər nəticəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları 1993-cü il təvəllüdlü Rubel İmya Abdulmanan və 1996-cı il təvəllüdlü İslam Ariful Abdulla saxlanılıblar. Araşdırma zamanı Banqladeş vətəndaşlarının yeddi ay əvvəl Azərbaycana rəsmi qaydada gəlmələri və dövlət sərhədini pozmaqda məqsədlərinin İrana, oradan isə qeyri-qanuni yolla Türkiyəyə miqrasiya etmək olub. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Milli.Az