Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Super Liqanın lideri "Başakşəhər" səfərdə "Alanyaspor"la qarşılaşıb və xa itkisi ilə üzləşib. "Beşiktaş" isə "Kasımpaşa"nın qonağı olub. İstanbul klubu çətin səfər matçında darmadağına üzülüb.Bazar günü daha dörd qarşılaşma baş tutub. "Qalatasaray" "Sivasspor"la münasibətlərinə aydınlıq gətirib. Son çempion bu oyundan inamlı qələbə ilə ayrılıb."Trabzonspor" evdə "Rizəspor"a böyük hesabla qalib gəlib. "Ərzurumspor" - "Kayserispor" və "Bursaspor" - "Yeni Malatyaspor" matçlarında tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.Son oyun günündə isə "Fənərbağça" "Antalyaspor"la üz-üzə gəlib. Qarşılaşma qolsuz başa çatıb. Günün digər matçında - "Akhisarspor" - "Konyaspor" görüşündə də qapılara qol vurulmayıb.Türkiyə Super Liqası, 17-ci tur22 dekabrAnkaragücü - Göztəpə 0:3Qol: Jerom, 50. H.Akbunar, 69. Guffran, 79.Alanyaspor - Başakşəhər 1:1Qol: J.Fernandes, 63 - Vişça, 41.Kasımpaşa - Beşiktaş 4:1Qol: Sadiku, 11. Diane, 45; 75-pen. Pavelka, 83 - M.Pektemek, 52.23 dekabrƏrzurumspor - Kayserispor 1:1Qol: T.Antalyalı, 45 - Sapunaru, 32.Bursaspor - Yeni Malatyaspor 1:1Qol: U.Nayir, 45 - Gilyerme, 46.Trabzonspor - Rizəspor 4:1Qol: A.Omur, 24; 68. Rodalleqa, 79. Nvakaeme, 90 - A.Umar, 84.Qalatasaray - Sivasspor 4:2Qol: E.Derdiyok, 20-pen. Fequli, 30. Onyekuru, 51; 69 - Robinyo, 9; 41.24 dekabrAkhisarspor - Konyaspor 0:0Antalyaspor - Fənərbağça 0:0Bombardir: Mbaye Diane (Kasımpaşa) - 18 qol.Milli.Az