"Sevilya"nın hücumçusu Luis Muriel karyerasını İtaliyada davam etdirəcək.Milli.Az qol.az-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçu "Fiorentina"ya keçib. 27 yaşlı forvard icarə əsasında bu mövsümün sonuna kimi İtaliya klubunda çıxış edəcək.Qeyd edək ki, daha öncə İspaniya mətbuatı Muriel "Milan"la anlaşdığını, bu kluba keçməyə yaxın olduğunu yazmışdı.Milli.Az