"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Globe Soccer Awards"un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu adına laiq görülüb.Milli.Az Trend-ə istinadən bildirir ki, mükafatlandırma mərasimi Dubayda keçirilib. Qeyd edək ki, futbolçu bu mükafatı sayca beşinci dəfə alır, bu da rekord göstəricidir.Mərasimdə həmçinin bir neçə başqa nominasiya üzrə də mükafatlar verilib:"Ən yaxşı məşqçi karyerası" - Fabio Kapello"İlin ən yaxşı qolu" - Ronaldunun ÇL-nın 1/4 finalında "Yuventus"un qapısına vurduğu qol"İlin futbol klubu" - "Atletiko Madrid"Milli.Az