Cəlilabadda döyülmə hadisəsi baş verib.Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.Şəhər sakini, 1976-ci il təvəllüdlü Ağaməliyev Alxas Məhəmmədəli oğlu qohumları tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.Hadisənin başvermə səbəbi hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.Daha əvvəl Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Abıyev Cəlal Səfəralı oğlu da bir neçə naməlum şəxs tərəfindən iti alətlə döyülüb.Milli.Az