Bakı. Tural Turan - Trend:
Xətaidə ikimərtəbəli binada yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın (1-ci mərtəbəsi yağdəyişmə sexi, 2-ci mərtəbəsi ofis kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan “ZAZ” markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanıb. Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin