Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Publika.az xəbər verir ki, ilk oyun günündə 3
görüş keçirilməsi nəzərdə tutulsa da, onlardan biri güclü qar
yağışı səbəbindən baş tutmayıb. Baş tutan oyunlara gəlincə,
“Kayserispor” doğma meydanda “Akhisarspor”a uduzub. Altı qolun
qeydə alındığı “Antalyaspor” - “Göztəpə” qarşılaşması isə heç-heçə
başa çatıb.
İkinci oyun günündə 3 qarşılaşma keçirilib. “Yeni Malatyaspor”
“Bodrumspor”la 5 qolluq matçdan çətin qələbə ilə ayrılıb.
“Başakşəhər” “Hatayspor”u, “Trabzonspor” isə “Balıkəsirspor”u
məğlub yola salıb.
Son oyun gününə 2 qarşılaşma təsadüf edib. "Alanyaspor" -
"Kasımpaşa" matçında hesab açılmayıb. "Fənərbaxça" isə səfərdə
"Ümraniyəspor"a minimal hesabla məğlub olub.
Türkiyə Kuboku, 1/8 finalın ilk oyunları
15 yanvar
Kayserispor - Akhisarspor 1:2
Antalyaspor - Göztəpə 3:3
Boluspor - Qalatasaray matçı təxirə salınıb
16 yanvar
Yeni Malatyaspor - Bodrumspor 3:2
Başakşəhər - Hatayspor 1:0
Trabzonspor - Balıkəsirspor 2:1
17 yanvar
Alanyaspor - Kasımpaşa 0:0
Ümraniyəspor - Fənərbaxça 1:0