"Barselona" növbəti mərhələdə

"Barselona" növbəti mərhələdə
07:32 18 Yanvar 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə iki görüş baş tutub."Valyadolid" doğma meydanda "Xetafe" ilə heç-heçəyə razılaşıb. İlk oyunda qələbə qazanan "Xetafe" ilk 1/4 finalçı olub."Valensiya" isə "Sportinq"lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla mərhələ adlayıblar.İkinci oyun günündə üç görüş baş tutub. "Atletiko"nun "Jirona" ilə ev oyunu kifayət qədər məhsuldar alınıb. İlk oyunda 1:1 hesabı qeydə alınmışdısa, bu dəfə tərəflər daha bol qollu heç-heçəyə razılaşıblar. Nəticədə, səfərdə daha çox qol vuran "Jirona" "Atletiko"nu kubokdan kənarlaşdırıb."Sevilya" evdə "Atletik"ə, "Real" isə səfərdə "Leqanes"ə uduzmasına baxmayaraq, ilk oyundakı inamlı qələbə sayəsində mərhələ adlayıblar.Son günə 3 qarşılaşma təsadüf edib. "Real Sosyedad"ın qonağı olan "Betis" səfərdə vurulan qollar sayəsində mərhələ adlayıb. "Espanyol" evdə "Vilyarreal", "Barselona" isə "Levante" üzərində inamlı qələbə sayəsində növbəti mərhələyə adlayıb.İspaniya Kuboku, 1/8 finalın cavab oyunları15 yanvarValyadolid - Xetafe 1:1 (ilk oyun 0:1)
Valensiya - Sportinq 3:0 (1:2)16 yanvarAtletiko - Jirona 3:3 (1:1)
Sevilya - Atletik 0:1 (3:1)
Leqanes - Real 1:0 (0:3)17 yanvarReal Sosyedad - Betis 2:2 (0:0)
Espanyol - Vilyarreal 3:1 (2:2)
Barselona - Levante 3:0 (1:2), qollar: Osçman Dembele - 30, 31, Lionel Messi - 54.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/722089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR