Bakı. Tural Turan - Trend:

Vaşinqtonda baş verən yanğın aparıcı telekanallarının studiyalarına ziyan vurub. Trend-in məlumatına görə, yanğın Fox News, MSNBC və C-SPAN telekanallarının yerləşdiyi binada baş verib.

Yanğınsöndürənlər bəyan edib ki, hadisə böyük ehtimalla qısaqapanma nəticəsində baş verib. Yanğını qısa müddət ərzində söndürmək mümkün olub.

Xəsarət alan yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin