“Qapıdan baxdı çıxa bilmədi” - Xəstə qadın dəhşətli yanğından son anda xilas oldu - VİDEO - FOTO

“Qapıdan baxdı çıxa bilmədi” - Xəstə qadın dəhşətli yanğından son anda xilas oldu - VİDEO - FOTO
18:52 21 Yanvar 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun Poylu kəndində yanğın olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, üç ailənin yaşadığı 1 mərtəbəli binada ümumi sahəsi 140 kvadrat metr olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kvadrat metr sahədə, digər otağının qapı-pəncərə çərçivəsi isə 6 kvadrat metr sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsinə bitişik tikililər alovdan mühafizə olunub. Yanğın söndürülüb.Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan 59 yaşlı epilepsiya xəstəsi olan Natalya Əhmədəliyeva birinci dərəcəli yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonrada vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə göndərilib, lakin qadın yolda keçinib. Digər yaralı 50 yaşlı Azər Mirzəyevin vəziyyəti yüngün olduğundan xəstəxanada ambulator yardım göstərilib və evə buraxılıb.Azər Mirzəyev - qonşu: "Alov hər yeri bürümüşdü, qapıdan baxdı çıxa bilmədi, qayıtdı geri. Qapını qırdım, qucağıma alıb çıxartdım oradan. Təcili yardım çağırdıq, xəstəni apardıq. Özüm də yüngülvari xəsarət aldım. Ruhi xəstə idi. 1, 2 dəfə də xəstəxanada müalicə alıb. Evdə tək yaşayırdı".Faktla bağlı araşdırma aparılır.Milli.Az Videonu izləmək üçün şəklə klikləyin:

Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/723273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR