“Fənərbağça” ikinci dövrəyə heç-heçə ilə başladı

“Fənərbağça” ikinci dövrəyə heç-heçə ilə başladı
01:03 22 Yanvar 2019
59 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarın 21-də futbol üzrə Türkiyə Superliqasında XVIII tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son matçında turnir cədvəlində 17-ci sırada qərarlaşan İstanbulun “Fənərbağça” komandası səfərdə “Bursaspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb.

İstanbul təmsilçisinin qolunu Roberto Soldado (20) vurub. Meydan sahiblərinin heyətində isə Aytac Kara (90) fərqlənib.

Bu heç-heçə ilə hesabındakı xallarının sayını 17-yə çatdıran Ərsun Yanalın yetirmələri 15-ci pilləyə yüksəliblər.

Bu gün oynanılan digər görüşdə “Kasımpaşa” öz meydanında “Rizespor”a 0:1 hesabı ilə məğlub olub.

Türkiyə çempionatında 38 xalla “Başakşəhər” komandası hazırda vahid liderdir. Hesablarında 32 xalı olan “Qalatasaray” və “Yeni Malatyaspor” turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşürlər.

Hesablarında 29 xal olan üç komanda – “Trabzonspor”, “Kasımpaşa” və “Beşiktaş” turnir cədvəlində dördüncü-altıncı yerləri bölüşürlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/266996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR