Çində hündürmərtəbəli binada baş verən yanğın sakinlərə dəhşətli anlar yaşadıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, evi tərk edə bilməyən 2 sakin olduqca təhlükəli yolla xilas olub. Onlar 25- ci mərtəbənin eyvanından aşağı sallanaraq, qonşu eyvana keçiblər.

Sakinlər bildirib ki, onlar xilasedicilərin gəlməsini gözləsəydi çox güman tüstüdən boğulacaqdılar. Onların ər-arvad olduğu deyilir.

Sübhan / METBUAT.az