Venesuelada prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları zamanı ölənlərin sayı altıya çatıb.Milli.Az oxu.az-a istinadən bildirir ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb.Daha dörd nəfər Barinas ştatında baş tutan mitinqdə ölüb. Aksiyalar zamanı 30-dək adam yaralanıb.Bildirilir ki, artıq bəzi Latın Amerika ölkələri müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyıb. Bunlar Çili, Paraqvay, Kolumbiya, Peru və Braziliyadır.Nikolas Maduro isə ölkəsinin ABŞ-la diplomatik əlaqələri kəsdiyini bəyan edib. O, amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.Milli.Az