Bakı. Trend:

Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin mərkəzində hoteldə yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 2 nəfər ölüb, daha 20 nəfər xəstəxanalara çatdırılıb. Onların arasında polis əməkdaşı da var.

Yanğın 30 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib.

Hadisə yerində yanğına qarşı mübarizə və binada qalan insanların xilasedilməsi üzrə işlər aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin