Əməkdar artist Röya Ayxan aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.

Metbuat.az xəbər verir ki, “Youtube”da yayımlanan verilişdə Röya qalmaqal yaradacaq fikirlər səsləndirib.
O, bir müddət öncə qadına şiddətə qarşı aksiya keçirən iş qadını Ruhini tənqid edib:
“İstədim bir verilişə çıxıb, Ruhini qınayım. Sonra vaz keçdim. Çünki qadına şiddətə qarşı çıxmaq, camaatı çağırıb tort kəsmək demək deyil. Əgər o bunu boynuna götürürsə, işini tam görsün. Lazım olan orqanlara şikayət etsin. Bu halda mən də ona qoşularam. Çünki xalq mənə inanır. Bu qədər şoulaşdırmaq lazım deyil”.
Röya həmçinin ötən il qalmaqal yaşadığı xalq artisti Flora Kərimova haqda xoş sözlər səsləndirib. İfaçı verilişdə Kərimovanın "Tapar məni" mahnısını sevərək dinlədiyini etiraf edib:
"Əzizim mahnısını sevirəm. "Tapar Mən" Flora Kərimovadan ən sevimli nəğməmdir"
Aygün Bəylər yoxsa Flora Kərimova ifası seçimində, Röya Flora Kərimova ifasını məmnuniyyətlə dinləyə biləcəyini söylədi.


Bu məşhurların gerçək adlarını bilirsinizmi ? - Araşdırma