Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Şou ATV" proqramına qonaq olarkən deyib. Müğənni-bəstəkar canlı efirdə uşaqlıq illərindən atasız böyüdüyünü qeyd edib: "Mənim atam anamın qohumu olub. Rusiyaya işləməyə getdi, ailədən uzaqlaşdı. Dörd qız övladı var idi, amma oğlunun olmağını istəyirdi. Rusiyada evləndi, oğlu oldu. Bir daha bizim yanımıza gəlmədi. Birinci sinifdən bu yana atasız böyümüşəm. Dayım bizə atalıq etdi". E. Seyiodcahan 7 il sonra atası ilə anasının barışdığını söyləyib: "8-ci sinifdə oxuyanda anamla atam barışdı, amma yenə Rusiyaya getdi. İllər keçdi, Azərbaycan Milli Konservatoriyasında oxuyarkən atamı metroda gördüm. Qatarın qapıları bağlandı, getdi. Ondan bəri görmədim. Atam bizə baxmadı, amma indi onu qəhrəmanlaşdırmışıq". Milli.Az