Şamaxıdakı dərviş türbələri

Şamaxıdakı dərviş türbələri
18:02 1 May 2015
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Şamaxının orta əsr tarixi abidələri sırasında Kələxana kəndindəki Türbələr kompleksi özünəməxsus yer tutur. Tikintisi XVII əsrdə tamamlanan türbələrin hansısa təsəvvüf təriqətinə mənsub dərvişlərə məxsus olduğu deyilir. Sayı vaxtilə doqquz olan bu türbələrdən hazırda səkkizi qalıb. 7 türbə ilkin görünüşünü saxlasa da, bir türbə qəzalı vəziyyətdədir. Kələxana türbələri Azərbaycan memarlığı üçün səciyyəvi olan 8 bucaqlı türbələrdir. Türbələrin gövdəsi səkkizbucaqlı prizma, örtükləri isə səkkizbucaqlı piramida şəklindədir. Türbələrin hamısına səliqə ilə yonulmuş ağ daşdan üz çəkilib.
"Report" türbələrdən hazırladığı reportajı təqdim edir.













Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/samaxidaki-dervis-turbeleri-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR