Milli qəhrəman, mərhum jurnalist Alı Mustafayevin oğlu
Turalın toyu baş tutub.
Publika.az-ın verdiyi məlumata görə, şəhər
restoranlarının birində keçirilən toydan görüntülər sosial şəbəkədə
paylaşılıb.
Məclisdə əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərli də
qonaq olublar.
Qeyd edək ki, A.Mustafayev 1991-ci il 20 noyabrda Xocavənd
rayonunun Qarakənd kəndinin yaxınlığında ermənilər tərəfindən
vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olub.