Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb

Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb
10:01 15 Fevral 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3019897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR