"Birinci yerdəyiksə, niyə qorxmalıyıq?" -

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Real"la xal fərqininin azalmasına münasibət bildirib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis La Liqada heç bir komanda ilə rəqabət aparmaqdan çəkinmədiklərini söyləyib:

"Barselona" heç nədən qorxmur. Biz əvvəllər də olduğu kimi "Atletiko", "Real", "Valensiya" və "Sevilya" ilə rəqabət aparırıq. Birinci yerdəyiksə, niyə də qorxmalıyıq? Mən belə düşünmürəm".

Qeyd edək ki, son turu nəzərə almasaq, 23 turdan sonra 51 xal toplayan "Barselona" turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Real"ın 45, 3-cü sırada olan "Atletiko"nun isə 44 xalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR