AzMİU-nun nümayəndə heyəti Londonda təlimlərdə iştirak edib -

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri Böyük Britaniyada elmi məzuniyyətdə olublar.

Metbuat.az xəbər verir ki, nümayəndə heyəti 11-16 fevral tarixlərində Londonda Bakı Biznes Universitetinin koordinator-rəhbəri olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” EQAC adlı Erasmus+ layihəsinin növbəti təlimlərində iştirak ediblər.

Təlimlər Böyük Britaniyanın tanınmış Universiteti olan Middlesex Universitetində keçirilib. Londonda ali təhsildə keyfiyyət təminatı sahəsində aparıcı mütəxəsisslər Neela Lubojacky, George Dafoulas, Nicola Johnson, Alison Megeney və s. tərəfindən həyata keçirlən təlimlərdə ölkəmizin 11 universitetindən nümayəndə iştirak edib. AzMİU-nu Tədris işləri üzrə prorektor Akif Qasımov, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin müəllimi Hamlet Əliyev təmsil edib.

Təlimlərin məqsədi Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırlmasıdır.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR