Avropa Liqası: İlk 1/8 finalçı kim olacaq?

Avropa Liqası: İlk 1/8 finalçı kim olacaq?
08:27 20 Fevral 2019
95 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində ilk oyun keçiriləcək. Milli.Az matç.az-a istinadən bildirir ki, günün yeganə görüşündə "Sevilya" ilə "Latsio" üz-üzə gələcək.

İlk matçda səfərdə 1:0 hesablı qələbə qazanan ispanlar dogma azarkeşləri önündə daha rahat oynayacaq. Hər iki komanda matça əskiklərlə çıxacaq.

Meydan sahibləri vərəqə cəzalısı Ever Baneqa (sarı) və Maksimiliano Voberin (qırmızı), eyni zamanda zədəli Nolitonun xidmətindən məhrum olacaqlar. Aleyş Vidalın oynaması da sual altındadır.

"Latsio"da isə Uallas, Bastos və Luis Albertonun oynamayacağı dəqiqdi.

Görüş saat 21:00-da start götürəcək.

Avropa Liqası

1/16 final (cavab qarşılaşması)

21:00. "Sevilya" - "Latsio"

İlk oyun - 1:0

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/732228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR