Metbuat.az-ın 2 yaşı tamam olur

21 fevralda Metbuat.az saytının 2 yaşı tamam olur.

2016-cı ildə fəaliyyətə başlayan informasiya agentliyi peşəkar komanda kimi 2 ildir ki fəaliyyət göstərir.

2-ci ilimiz münasibəti ilə bizi oxucumuz olan bir neçə tanınmış da təbrik edib.

Murad Arif:

“Böyük məmnuniyyətlə redaksiyanızı ürəkdən təbrik edirəm. Qələminiz iti, xəbərləriniz pozitiv olsun. Hər zaman şad xəbərlər çatdırasınız oxuculara. Reytinqiniz və mənəvi dəyərləriniz üst-üstə düşsün. Keyfiyyəti əldən qaçırmayasınız. Biz də hər zaman işlərimizlə sizin xəbərlərinizin qonağı olaq.”

Nazpəri Dostəliyeva:

“Təbrik edirəm yeni yaşınızı və arzu edirəm ki, hər zaman xeyirli xəbərləri oxuculara çatdırasınız vəsaytınızda qələminə, özünə, ağlına, zəkasına hörmət edən müxbirlərinizin sayı çox olsun. Hər zaman sayılıb-seçilən və oxunan sayt olasınız.Təbrik edirəm 2 yaşınızı. Gün o gün olsun ki, 5, 10, 15 yaşınızı təbrik edək.”

Fatimə Fətəliyeva:

"Sizi təbrik edirəm, arzu edirəm ki, hər zaman belə davam edəsiniz düzə-düz, əyriyə-əyri. Bir çox saytdan fərqiniz də elə budur.Mənim sizə böyük hörmətim var və bu hörməti siz özünüz qazanmısınız. Sizi təbrik edirəm. Yeni yaşınız mübarək olsun və uğurlarınız bol olsun. Uğurlar sizə! “

Xuraman Şuşalı:

"Saytınızın yeni yaşını təbrik edirəm. Uzun ömürlü sayt olmağınızı arzu edirəm.Səsiniz hər yerdən gəlsin və fəaliyyətiniz hər zaman aktiv olsun.Siz bizim üçün dəyərlisiniz.”

Elza Seyidcahan:

“O gün olsun ki, 20 yaşınızı qeyd edəsiniz. Hər zaman indi olduğu kimi doğrunu yazmağınızı arzu edirəm. Pisləri gizlədin, yaxşıları yazın. Siz yaxşı mövzular yazdıqca insanlarımız da maariflənirlər. Hər zaman gözəl xəbərlər yazırsınız və yazdıqlarınız da oxunur. Belə davam edin. Yeni yaşınız mübarək.”

Metbuat.az-ın 2 yaşı tamam olur - Onlar bizi belə təbrik etdilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR