ÇL: "Atletiko Madrid" "Yuventus"u məğlub etdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutub.

Metbuat.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib. "Atletiko Madrid" doğma meydanında "Yuventus" komandasını qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər qarşılaşma isə "Şalke" və "Mançester Siti" komandaları arasında olub. Həmin matçda qalib tərəf qonaqlar olub. Qarşılaşma 2:3 hesabı ilə yekunlaşıb.


Sərdar Məmmədov / Metbuat.az

Günün qoroskopu - Yardıma ehtiyac duyan insana kömək edin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR