Beynəlxalq Muğam Mərkəzində 8 Marta həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində 8 Marta həsr olunmuş konsert keçirilib
03:43 22 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş möhtəşəm konsert keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzdə “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunub.

Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Konsertdə xalq artistləri Gülyaz Məmmədova “Ana məhəbbəti”, Nazpəri Dostəliyeva “Anacan”, Gülyanaq Məmmədova “Ana”, Əməkdar artistlər Gülüstan Əliyeva “Anam yadıma düşdü”, Bəyimxanım Vəliyeva “Mehribanım”, Arzu Əliyeva “Azərbaycan qızıyam”, Azərbaycan Televiziyası və Radiosunun solistləri –Kamilə Nabiyeva “Ana”, Zabitə Alıyeva “Ana”, Sədəf Budaqova “Ana” və Ayşən Mehdiyev “Ananın səsi” mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan "Anacan" mahnısı Gülyaz Məmmədova, Nazpəri Dostəliyeva və Gülyanaq Məmmədovanın ifasında səsləndi.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və yaradıcılıq layihələri davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3023176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR