Avropa Liqasında 1/8 finalın püşkü atılır

Avropa Liqasında 1/8 finalın püşkü atılır
10:12 22 Fevral 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.

Milli.Az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin püşkü atılacaq. İsveçrənin Nion şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Reqlamentə görə, eyni ölkəni təmsil edən klublar bu mərhələdə rəqib ola biləcəklər. Ukrayna və Rusiya klubları isə üz-üzə gələ bilməyəcəklər.

1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də reallaşacaq.

1/8 finala yüksələn klublar:

"Sevilya" (İspaniya)
"Arsenal" (İngiltərə)
"Dinamo" (Xorvatiya)
"Ayntraxt" (Almaniya)
"Napoli" (İtaliya)
"Zalsburq" (Avstriya)
"Valensiya" (İspaniya)
"Vilyarreal" (İspaniya)
"Zenit" (Rusiya)
"Krasnodar" (Rusiya)
"Benfika" (Portuqaliya)
"Çelsi" (İngiltərə)
"Dinamo" (Ukrayna)
"Slaviya" (Çexiya)
"İnter" (İtaliya)
"Renn" (Fransa)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/732928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR