25 yaşında Qarabağda şəhid olan

Bu gün Milli Qəhrəman Eldar Məmmədovun şəhid olduğu gündür.

Metbuat.az-ın məlumatına görə, Eldar Harun oğlu Məmmədov 1968-ci ilin 10 yanvar tarixində Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub.

E.Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirib.

Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin 11 dekabr 1994-cü il tarixli fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı onun adını daşıyır.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR