15:09
Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb.
Milli.Az bildirir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Əlavə məlumat veriləcək.
---------
14:59
Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür.
Milli.Az bildirir ki, report-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.
Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.
---------
14:46
Paytaxtda yanan binada yanğın söndürülmək üzrədir.
Milli.Az bildirir ki, movqe.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda yanan binadan insanların təxliyəsi davam etdirilir.
Yanğın bir saatdır ki, binanı cənginə alıb. Yanğın 23-cü mərtəbəyə kimi çatıb. Yanğın baş verən binanın içərisindən insanlar təxliyə edilirlər. Təxliyə edilənlərin arasında uşaqlar da var. İki uşaq yanğınsöndürənlərin köməyi ilə yanan binadan çıxarılıb.
Qeyd edək ki, yanğın Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım briqadası cəlb olunub.
---------
13:43
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
---------
13:22
Milli.Az xəbər verir ki, Bakının Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində binalardan birində güclü yanğın baş verib.
İlkin məlumata görə, yanğın Lider TV və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binalarının arasındakı binada baş verib.
Şahidlərin sözlərinə görə, hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib.
Hadisəyə görə yolda hərəkət də məhdudlaşdırılıb.
Pünhan Mirzə
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: