Çin və Abş mərkəzi asiyada üz-üzə gəlir - Araşdırma

Çin və Abş mərkəzi asiyada üz-üzə gəlir - Araşdırma
22:17 9 Mart 2019
Ölkə mətbuatı
A- A+

XIX yüzillikdə Rusiya və Böyük Britaniya, soyuq savaş dönəmində isə SSRİ və ABŞ arasında genişlənən "böyük oyun"un üzdüyü Orta Asiya indi Çin  və ABŞ arasında nüfuz uğrunda çarpışma meydanına çevrilir. ABŞ-ın İŞİD-i döyüş meydanına çıxardığı bir vaxtda, aydınlaşdığı kimi, Çin Taciksitan ərazisində Bədəxşan əyalətində hərbi baza yaradıb. Pekin bu qayda ilə Tacikistan-Əfqanıstan-Çin üçbucağında mühüm strateji Vahan dəhlizinə göz qoymaq istəyir.

Milli.Az strateq.az-a istinadən bildirir ki, iki fövqəldövlət - ABŞ və Çin dünyanın ən ucqar guşələrindən və Cənubi-Şərqi Asiyanın "başı üzərində" narahat yerlərdən biri olan Vahan dəhlizində üz-üzə gəlib. İŞİD-in İraq və Suriyadakı strukturları Vaşinqtonun Pekin administrasiyasnın bütün Avrasiyaya sarınan "Bir qurşaq, bir yol" layihəsinə mane olmaq məqsədilə işlətdiyi strategiya çərçivəsində Əfqanıstan ərazisi və Fərqanə vadisinə daşınmağa başlayıb.

Aydınlaşdığı kimi, Pekin administrasiyası bu addıma cavabda Tacikistanın Çin sərhədindən bir neçə kilometr uzaqlıqdakı Dağlıq Bədəxşan vilayətində məxfi hərbi baza qurub. Yerli sakinlərin sözlərinə görə, bazada Çinin yüzlərlə hərbçisi qulluq edir. Amerikanın "Washington Post" qəzeti xəbər verib ki, Çinin bölgədəki  ön istehkamı, ən azı, üç ildir fəaliyyətdədir.

Qabaqlar habelə informasiya çıxmışdı ki, Çin hərbçiləri Əfqanıstan ordusuyla birgə sərhəd bölgələrində keşikçilik edirlər.

Strateji üçbucaqda

Cibuti və Cənubi Çin dənizindən sonra Çinin üçüncü xarici hərbi bazası sayılan hərbi obyekt Tacikistan, Əfqanıstan və Çin sərhədlərinin kəsişməsində yerləşir. İddia edildiyi kimi, üç il boyunca Çinin qərb sərhədinin qonşuluğunda Tacikistan ərazisində fəaliyyət göstərən hərbi bazanın varlığı "Washington Post"-un birinci əldən aldığı  sputnik çəkilişləri, fotoşəkillər, şahidlərlə söhbət və müşahidələrlə təsdiqlənib. Əfqanıstan ərazisindəki mühüm strateji Vahan dəhlizinə sıçrayış üçün tramplin xarakteri daşıyan ön istehkamda hələlik 24 tikili və gözətçi qüllələri yerləşir.

Sintszyan-Uyğur bölgəsindən hərbçilər

Bu fakt diqqət çəkir ki, bəzilərinin üzərində Çin və Tacikistanın dövlət rəmzləri görünən inşaat obyektləri ən ciddi məxfilikdə saxlanılır. Sputnik çəkilişlərində mənsubluğu bilinməyən iki qrup bina, hərbi kazarmalar, təlim meydançaları görünür. Bazada yerləşən Çin hərbçiləri Sinszyan-Uyğur muxtar bölgəsində qulluq edən bölmələrin nişanlarını taxıblar. Habelə qeyd olunur ki, hərbçilər alış-veriş etdikləri, bazaya yaxın yerləşən Murqab şəhərində olurlar.

Əfqanıstanın dərinliklərində əməliyyatlar

Ma soyadlı Çin hərbçisi "Washington Post"un reportyoru ilə söhbətdə danışıb ki, baza bu bölgədə üç-dörd il boyunca fəaliyyət göstərir. Diqqətçəkəndir ki, nəşrin həmsöhbəti jurnalistin Vahan dəhlizini keçmək cəhdinə Çin hərbçilərinin qarışıb-qarışmadığı haqda sualına cavab verib: "Dəfələrlə". Qaynaq habelə məxfiliyin tələblərini xatırladıb.

İŞİD Tacikistan sərhədində

Rusiya daxili işlər nazirinin müavini İqor Zubov yanvarın 28-də bildirib ki, İŞİD döyüşçüləri naməlum helikopterlərlə Əfqanıstanın Pakistanla sərhədi üzərindən kütləvi şəkildə Tacikistan sərhədinə daşınır.

Rusiya ABŞ-ın İŞİD-in on min döyüşçüsünü İraq və Suriyadan Əfqanıstana keçirdiyi haqda 2017-nin dekabrında da xəbər verib.

Hesab olunur ki, ehtimal edildiyi kimi, ABŞ-ın Əfqanıstan ərazisi və Orta Asiyaya göndərdiyi İŞİD terror təşkilatının məqsədi Çinin "Bir qurşaq, bir yol" layihəsinə əngəl olmaqdır. İŞİD strukturlarını bu məqsədlə Fərqanə və Vahan vadiləri kimi strateji baxımdan önəmli bölgələrdə səfərbər etmək planlaşdırılır ki, bu da döyüşçülərin Çin ərazisinə sızmasını və bölgəni qarışdırmağı təmin etməlidir.

Məlumdur ki, Çin rəhbərliyi Orta Asiyadan çıxaraq İraq və Suriyada İŞİD sıralarında döyüşənlərə öz təhlükəsizliyinə təhdid kimi baxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/737089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR