Ronaldo het-trikə imza ataraq "Yuventus"u ÇL-ın 1/4 finalına yüksəltdi

Ronaldo het-trikə imza ataraq "Yuventus"u ÇL-ın 1/4 finalına yüksəltdi
02:50 13 Mart 2019
139 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid" komandası üzərində qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, "Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo het-trikə imza atıb. (27, 49 və 86 -cı (penalti) dəqiqələr).

Xatırladaq ki, İspaniyada keçirilən ilk oyunda "Atletiko" 2:0 hesablı qələbə qazanıb. Beləliklə, "Yuventus" komandası növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, turnirin finalı oyunun 1-də "Metropolitano" stadionunda ("Atletiko Madrid"ə məxsus, İspaniya) keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3031991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR