Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Yuventus" doğma meydanda "Atletiko"nu qəbul edib.
Milli.Az xəbər verir ki, Turin təmsilçisi ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu rəqibinə Kriştianu Ronaldunun vurduğu qollarla 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Portuqaliyalı futbolçu qol vurduqdan sonra etdiyi hərəkətlə gündəmə gəlib. Belə ki, Ronaldu Madriddəki görüşdə "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin etdiyi hərəkəti təkrarlamaqla ona cavab verib.
Milli.Az