Avroliqada 1/4 finalçılar müəyyənləşir

Avroliqada 1/4 finalçılar müəyyənləşir
11:12 14 Mart 2019
127 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla da 1/4 finala vəsiqə qazanan 8 komanda müəyyənləşəcək.

İlk oyunda Londonda Kiyev "Dinamo"suna 3:0 hesabı ilə qalib gələn "Çelsi" və eyni hesabla evdə "Zalsburq"u məğlub edən "Napoli"nin səfər matçında üstünlüyü əldən verməyəcəyi gözlənilir.

Gecənin maraqlı oyunlarından biri Milanda keçiriləcək. İlk oyunda səfərdə "Ayntraxt"la qolsuz heç-heçə edən "İnter" doğma meydanda bu şansdan maksimum yararlanmağa çalışacaq.

Avropa Liqası, 1/8 final mərhələsinin cavab oyunları

14 mart

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə)
İlk oyun - 0:3

21:55. "Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya)
İlk oyun - 1:2

21:55. "Zalsburq" (Avstriya) - "Napoli" (İtaliya)
İlk oyun - 0:3

00:00. "Arsenal" (İngiltərə) - "Renn" (Fransa)
İlk oyun - 1:3

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun - 0:1

00:00. "İnter" (İtaliya) - "Ayntraxt" (Almaniya)
İlk oyun - 0:0

00:00. "Slaviya" (Çexiya) - "Sevilya" (İspaniya)
İlk oyun - 2:2

00:00. "Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya)
İlk oyun - 3:1

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR