Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun
vurulub.
Publika.az qol.az-a istinadə xəbər verir ki, bununla da 1/4 finala
vəsiqə qazanan 8 komanda müəyyənləşib.
İlk oyunda Londonda Kiyev “Dinamo”suna 3:0 hesabı ilə qalib gələn
“Çelsi” və eyni hesabla evdə “Zalsburq”u məğlub edən “Napoli”nin
səfər matçında üstünlüyü əldən verməyib.
İlk oyunda səfərdə “Ayntraxt”la qolsuz heç-heçə edən “İnter” doğma
meydanda 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni
dayandırıb.
"Arsenal" "Renn"ə 3:0, "Vilyarreal" "Zenit"ə 2:1,"Benfika"
"Dinamo"ya 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə
yüksəlib.
Günün ən maraqlı görüşü Çexiyada keçirilib. "Slaviya" "Sevilya"nı
qəbul edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün
əlavə vaxta ehtiyac duyulub. Burada bir qol buraxan Çexiya klubu
sonra iki qol vuraraq hesabı 4:3 edib və mərhələ adlayıb.
Beləliklə, "Arsenal", "Benfika", "Ayntraxt", "Slaviya",
"Vilyarreal", "Çelsi", "Napoli" və "Valensiya" 1/4 finala
yüksəlib.
Avropa Liqası, 1/8 final mərhələsinin cavab
oyunları
14 mart
"Arsenal" (İngiltərə) - "Renn" (Fransa) - 3:0
Qollar: Obameyanq, 5, 72, Nayls, 15
İlk oyun - 1:3
Qollar: Yonas, 71, Ferreyra, 94, Qrimaldo, 105
İlk oyun - 0:1
"İnter" (İtaliya) - "Ayntraxt" (Almaniya) - 0:1
Qol: Joviç, 6
İlk oyun - 0:0
"Slaviya" (Çexiya) - "Sevilya" (İspaniya) - 4:3
Qollar: Nqadjui, 14 (1:0), Ben Yedder, 44-pen (1:1), Souçek, 47
(2:1), El Haddadi, 54 (2:2), Franko Vaskes, 98 (2:3), Buren, 102
(3:3), Traore, 120 (4:3)
İlk oyun - 2:2
00:00. "Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya) - 2:1
Qollar: Moreno, 29 (1:0), Bakka,47 (2:0), İvanoviç, 90 (2:1)
İlk oyun - 3:1
21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə) - 0:5
Qollar: O.Jiru, 5, 33, M.Alonso, 45+1, O.Jiru, 59, Hudson-Odoy,
78
İlk oyun - 0:3
21:55. "Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya) - 1:1
Qol: M.Süleymanov, 85 (1:0), Q.Quedes, 90+3 (1:1)
İlk oyun - 1:2
21:55. "Zalsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 3:1
Qollar: A.Milik, 14 (0:1), M.Dabbur, 25 (1:1), F.Qulbrandsen, 65
(2:1), K.Leytgeb, 90+2 (3:1)
İlk oyun - 0:3