Xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında olan qalmaqala Zeynəb Dostəliyeva da qoşulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Zeynəb "Hər şey daxil" verilişində bacısını müdafiə edib. O bildirib ki, Seyidcahanla əvvəl rəfiqə olsalar da, indi münasibətləri yoxdur:

"Elza ilə mənim aram o qədər yaxşı idi ki... Görəndə öpüşürdük. İstədiyim insandan mənfi görəndə, pis oluram. Əgər sən məni istəyirsənsə, bacıma söz atmamalı idin. O, müğənni yox, bəstəkardır".

Qeyd edək ki, Elza ilə Nazpəri arasında dava "Azərbaycanın səsi" yarışmasında başlayıb.

Milli.Az