Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin paytaxtı Ankarada üçmərtəbəli binada yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub.

Daha 11 nəfərin xəsarət aldığı deyilir.

Qeyd olunur ki, bina yaşayışa yararlı olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin