DƏHŞƏTLİ hadisə! 11 yaşlı qızı öldürən xalası oğlunun evini buna görə yandırdılar

Türkiyə Kırklarelidə Zeynəb Ə.ni (11), başına kərpic vuraraq öldürdüyü səbəbilə həbs olunan xalasının oğlu Kərəm Solakonun (28) Yayla Məhəlləsində yaşadığı evi qəzəbli izdiham tərəfindən yandırılıb.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, Kırklarelidə orta məktəb şagirdi Zeynəb İlham, ötən cümə günü ailəsi tərəfindən itki müraciəti ilə tapılıb və 2 kilometr məsafədə tərk edilmiş bir binada, başına kərpic ilə vurularaq öldürülmüş halda tapılıb.

Zeynəbin ölümünün ardından qatil xalası oğlu Kərəm Solakonun boş olan birmərtəbəli evində bu gecə yanğın çıxdı.

Daha əvvəl daşlanan ev azad edilərkən, polis bu qrupu dağıtmışdı. Hadisədən sonra isə gecə yarısı iddiaya görə, məhəllədə toplanan qəzəbli izdiham tərəfindən ev atəşə verilib. Yanğını yanğınsöndürmə briqadaları söndürərkən, yanğın ətrafda olan 3 evdə də ziyana səbəb olub. Polis hadisə ilə bağlı araşdırmasını davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR