Tanınmış həkim Aftandil Mehdiyev

Tanınmış həkim, otorinolarinqoloq Aftandil Mehdiyev aprelin 5-də vəfat edib.

Metbuat.az Modern.az-a istinadla bildirir ki, bu barədə mərhumun qohumları bildiriblər.

A.Mehdiyev 1967-1973-cü illərdə N. Nərimanov Azərbaycan Tibb Universitetində təhsil alıb.

1973-1974-cü illərdə M. Ə. Əfəndiyev adına 2 saylı şəhər kliniki xəstəxanasında otolarinqologiya üzrə internaturanı keçib.

1973-1974-cü illərdə Bakı Şəhər Respublika Xəstəxanası otorinolarinqoloq kafedrasında kurs keçib.

1974-1977-ci illərdə Naxçıvan MR-in Şahbuz rayon mərkəzi xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.

1977-1994-cü illərdə Naxçıvan MR-in Şərur rayon mərkəzi xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.

1994-cü ildən bu günə qədər Bakı şəhəri 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışırdı.

Eyni zamanda 2008-ci ildən indiyə kimi Xətai Estetik Klinikasında həkim-otorinolarinqoloq vəzifəsində işləyirdi.

Allah rəhmət eləsin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR