10 milyonuncu vətəndaşın

Azərbaycanın 10 milyonuncu vətəndaşının fotosu yayılıb.

Metbuat.az-ın məlumatına görə, tanınmış aparıcı Hacı Nuran ötən gün dünyaya gələn 10 milyonuncu körpəni xəstəxanada ziyarət edib və onun çəkdirdiyi fotounu "İnstgram" hesabında paylaşıb.

Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakışəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR