Hacıqabulda ağır qəza:

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, "VAZ 2106" markalı avtomobilin dəmir səddə çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar sürücü, 1998-ci il təvəllüdlü Həsənov Elşən Gülağa oğlu və sərnişin, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğludur. Onların hər ikisi Hacıqabul sakinidir.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR