Bu gün ənənəvi "U12 Izmir Cup" beynəlxalq turnirinə yekun vurulub. Milli.Az matç.az-a istinadən bildirir ki, qrup oyunlarında final mərhələsinə vəsiqə qazanmağı son anda əldən verən "Qəbələ" 2 təsəlliverici görüş keçirib.
"Başakşəhər"lə qolsuz bərabərə qalan "Qəbələ" digər yerli komanda "Trabzonspor"la 1:1 edib. Təmsilçimiz penaltilər seriyasında üstün olub (5:4).
Qeyd edək ki, turnirin çempionu finalda PSV-ni (Hollandiya) məğlub edən "Mançester Siti" (İngiltərə) olub.
Milli.Az