İspaniya çempionatının geridə qalan 31-ci turunda "Atletiko Madrid"in "Barselona"ya 2-0 hesabı ilə məğlub olduğu oyunda qırmızı kart alan Dieqo Kosta 8 və daha çox oyunluq cəza ala bilər.

Milli.Az xəbər verir ki, ispan futbolçu oyunun iyirmi yeddinci dəqiqəsində oyundan kənarlaşdırılmışdı.

Sonradan onun qayda pozuntusu qərarına qarşı etiraz zamanı hakimi təhqir etdiyi öz təsdiqini tapmışdı.

Əgər cəza təsdiqlənsə, Kosta çempionatın bitməsinə 7 tur qalmış sezonu bitirmiş olacaq.

Əliş Adulla
Milli.Az