“Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi

Qida Təhlükəsizliyi Agentliyinin məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi məqsədi ilə həyata keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinə rəsmlərin qəbulu davam edir.

Qurumun mətbuat katibi Aysel Fərziyeva Mətbuat.az-a açıqlamasında bildirib ki, indiyədək məktəblilərin 1300-ə yaxın əl işi Agentlyə təhvil verilib: “Rəsmlərdə məktəblilər sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırıblar. Həm paytaxt məktəbliləri, həm də respublikanın digər regionlarından, eyni zamanda ən ucqar kənd məktəblərindən müsabiqəyə rəsm əsərləri təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etməkdir”.

Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən məktəblilər mayın 25-dək çəkdikləri rəsmləri Agentliyə və onun regional bölmələrinə təqdim edə bilərlər. Müsabiqənin qalibləri "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" təşkil olunacaq sərgidə elan ediləcək, qalib və iştirakçılara müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar təqdim olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR