Qardaşını toyuq hinində saxlayan bacı danışdı: “Ona görə burada yaşayır ki ...” -

Bacı ruhi xəstə olan qardaşını illərdir toyuq hinində saxlayıb. Bu iddialar son günlər internetdə ən çox müzakirə edilən məsələlərdəndir.

Metbuat.az xəbər verir ki, Xəzər TV-nin əməkdaşları həmin ailəyə baş çəkərək xəbəri yerində araşdırmağa çalışıb.

Son günlər sosil şəbəkələrdə yayılan və müzakirəyə çevrilən Ucar sakininin qardaşını toyuq hinində saxlaması məsələsini xəzər xəbər də araşdırıb..

Sözü gedən ailə Ucar rayon Qarabörk kəndində yaşayır.nBacısı Əfşan İbrahimova deyir ki, 19 ildir ki, qardaşı İlyas İbrahimov ruhi xəstəlikdən əziyyət çəkir. Onun sözlərinə görə 45 yaşı olan qardaşı hində yox, evin birinci mərtəbəsində qalır. Yaşadıqları ev 2 mərtəbə olduğu üçün İlyas yuxarı çıxıb düşə bilmir. Çünki, o yuxarı mərtəbədən qorxur.

Sosial şəbəkələrdə yayılan, qardaşının ağzı bağlı və əli zəncirdə olması xəbəri ilə razılaşmayan bacısı bildirir ki, hazırda İlyas heç bir şeyi dərk etmir. Həyətdən kənara isə çıxmır. Çünki ona güclü nəzarət olunmalıdır.

Qeyd edək ki, Əfşan İbrahimovanın bundan başqa Əjdər adlı bir qardaşı da var ki, o da bir neçə ildir ruhi xəstəlikdən əziyyət çəkir. O isə öz ailəsi ilə yaşayır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR