Nazir direktoru

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilib ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru Yeganə Əliyeva tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.

Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)